ABŞ Prezidenti Donald Tramp Türkiyəyə F-35 qırıcılarının tədarükü məsələsinə münasibət bildirib.
KONKRET.az xəbər verir ki, o, hələlik yekun qərar vermədiyini vurğulasa da, məsələyə müsbət yanaşdığını qeyd edib.
Tramp bu yanaşmasını Türkiyənin atdığı addımlarla əsaslandırıb: “Türkiyə üzərinə düşəni etdi və bizə bir çox sahədə kömək göstərdi”.
Natiq Səlim,
KONKRET.az
