Ağdaşda iribuynuzlu heyvan qadına xəsarət yetirib.
KONKRET.az-ın bölgə müxbirinin verdiyi məlumata görə, hadisə Ləki qəsəbəsində baş verib.
Belə ki, inək gözləniləmədən buynuzları ilə 1984-cü il təvəllüdlü rayon sakini Əzizova Süsən Əli qızına hücum çəkərək müxtəlif bədən xəsarətləri yetirib.
Yaralı qadın dərhal xəstəxanaya çatdırılıb, daha sonra oradan fərqli müayinə üçün bölgənin digər tibb müəssisəsinə aparılıb.
Ehtiram Muradov,
KONKRET.az
