Ağdərə Azərbaycanın nəzarəti altına verilib, sakinlər şəhəri tərk ediblər.
KONKRET.az xəbər verir ki, bunu şəhərin “meri” Mişa Gürcan deyib.
Onun sözlərinə görə, sonuncu sakinlər sentyabrın 24-də axşam Ağdərəni tərk ediblər.
Xəbəri “Kavkazskiy uzel” yayıb. Gürcan qeyd edib ki, sakinlərin həlak olması haqqında məlumat yoxdur, lakin çox sayda insanın itkin düşməsi haqqında məlumatlar var.
