Bu dəqiqələrdə müxbirimizin verdiyi xəbərə görə, yaralılardan biri həkimlərin səyinə baxmayaraq keçinib. Qeyd edək ki, qəza Xaçmaz-Quba yolunun 6-cı km-də, rayonun Yergüc kəndi ərazisində baş verib. “VAZ 2106” markalı avtomobillə əks istiqamətdə hərəkət edən “VAZ 2107” markalı avtomobil toqquşub. Dünyasını dəyişənin və digər 5 yaralının siyahısı yaxın dəqiqələrdə oxucuların diqqətinə çatdıracağıq.
Cəlal Fərzəliyev