Ağır yol-nəqliyyat hadisəsində yaralananlardan birinin bu gün toyu olmalı idi – TƏFƏRRÜATLAR – FOTOLARbackend

Ağır yol-nəqliyyat hadisəsində yaralananlardan birinin bu gün toyu olmalı idi - TƏFƏRRÜATLAR - FOTOLAR

Gecə saatlarında Xaçmaz-Quba yolunun 6-cı km-də baş verən qəzada yaralananların adları məlum olub. Konkret.az-ın şimal bölgəsi üzrə müxbirinin verdiyi məlumata görə, hadisədə yaralananlardan birinin bu gün toyu olmalı idi. Axşam vaxtı əmioğlanları Xaçmaza toy üçün lazım olan ərzaqları almaq üçün gediblərmiş.

Yaralılardan biri Babayev Elman Həsən oğlu həkimlərin səyinə baxmayaraq keçinib. Qeyd edək ki, qəza, rayonun Yergüc kəndi ərazisində baş verib.  “VAZ 2106” markalı avtomobillə əks istiqamətdə hərəkət edən “VAZ 2107” markalı avtomobil toqquşub. Dünyasını dəyişənin və digər 5 yaralının  siyahısını oxuculara təqdim edirik.

  1. Babayev Elman Həsən oğlu. 1962-ci il təvəllüdlü. Dünyasını dəyişib. Quba rayon Nügədi kənd sakini. Dünən Naxçıvanda xidmətdə olan əsgər oğlunun and içməsindən qayıdıb.
  2. Primov Orxan Məhəmməd oğlu.1992-c il təvəllüdlü. Quba rayon Nügədi kənd sakini.
  3. İskəndərov Sadiq Sərxan oğlu.1993-cü il təvəllüdlü. Quba rayon Nügədi kənd sakini.
  4. Ələkbərov Xəzər Ağamirzə oğlu. 1979-cu il təvəllüdlü. Quba rayon Nügədi kənd sakini. “VAZ-2107”-nin sürücüsü.

5 Eyyubov Arif Əmrəli oğlu.1993-cü il təvəllüdlü. Quba rayon Ağbil kənd sakini. Sabah toyu olmalı yaralı. “VAZ-2106”nın sürücüsü.

  1. Eyyubov Fərhad İmran oğlu. 1982-ci il təvəllüdlü. Quba rayon Ağbil kənd sakini.

 

Cəlal Fərzəliyev

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*