Ağstafada avtomobilin aşması nəticəsində iki nəfər xəsarət aldıbackend

Ağstafada avtomobilin aşması nəticəsində iki nəfər xəsarət aldı

Ağstafa rayonunda minik avtomobilinin aşması nəticəsində iki nəfər xəsarət alıb.

KONKRET.az– ın məlumatına görə, hadisə rayonun Saloğlu kəndində qeydə alınıb. Hərəkətdə olan “VAZ-2107” markalı minik avtomobili idarəetməni itirib. Nəticədə, avtomobil yoldan çıxaraq dərəyə aşıb. Qəza zamanı avtomobildə olan 1994-cü il təvəllüdlü Vəkilov Növrə və 1978-ci il təvəllüdlü Qurbanov Elnur xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər. Hər iki yaralının vəziyyətinin kafi olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*