Şəmkir sakini Ağstafada ölüb.
KONKRET.az-ın xəbərinə görə, hadisə rayonun Dağ Kəsəmən kəndində qeydə alınıb.
Şəmkir rayonunun Zəyəm qəsəbə sakini, 1974-cü il təvəllüdlü Bağırov İlqar Faiq oğlu Ağstafada kartof sahəsində işləyən zaman vəfat edib. Onun ürək tutmasından öldüyü bildirilir.
Faktla bağlı araşdırma aparılır.
