Ağsuda yaşayış evi tamamilə yanıb.
KONKRET.az xəbər verir ki, yanğın hadisəsi rayonun Ərəbsərvan kənd sakini 1961-ci il təvəllüdlü Bağırov Namik Mirzalı oğluna məxsus yaşayış evində baş verib. Yanğın yerinə Ağsu YMH-dən yanğınsöndürən maşınlar və şəxsi heyət cəlb olunub. Yanğın zamanı ümumi sahəsi 130 kvadratmetr olan yaşayış evi içərisindəki əşyalarla birlikdə tamamilə yanıb.
Yanğının yaxınlıqdakı tikililərə keçməsinin qarşısı alınıb. Hadisə zamanı xəsarət alan olmayıb.
Yanğının səbəbi araşdırılır.
