Brüsseldəki Aİ səfirləri Ermənistana mülki missiya göndərmək qərarını təsdiqləyiblər.
KONKRET.az Azadlıq Radiosu-na istinadla xəbər verir ki, bu qərarın gələn həftə keçiriləcək.
Aİ Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Komissarından missiyanın mandatı, strukturu və müddəti ilə bağlı təklif alıb. Sənədə əsasən, missiya nazirliklərə və təhlükəsizlik qurumlarına strateji və praktik məsləhət və dəstək verməklə Ermənistanın hibrid təhdidlərə qarşı dayanıqlığını gücləndirəcək. Bu məsləhətləşmələr siyasətin hazırlanmasına, xarici informasiya manipulyasiyası, kiberhücumlar və qanunsuz maliyyə axınlarının müəyyən edilməsinə və onlara cavab verilməsinə yönələcək.
Missiya həm də ölkənin Aİ metodologiyaları və standartlarına uyğun olaraq hibrid təhdidləri daha effektiv şəkildə müəyyən etməsinə və onlara cavab verməsinə imkan yaratmaq üçün Ermənistanın təhlükəsizlik potensialının inkişaf etdirilməsi ehtiyacını qiymətləndirəcək.
