Şəmkirdə avtomobil ağaca çırpıldı: Ölən və xəsarət alanlar var – Adlarbackend

Şəmkirdə avtomobil ağaca çırpıldı: Ölən və xəsarət alanlar var - Adlar

Şəmkirdə yol-nəqliyyat hadisəsi baş verib.

KONKRET.az xəbər verir ki, Şəmkir rayonunun Keçili kənd sakinləri, 2006-cı il təvəllüdlü (20 yaş) Vüsal Vüqar oğlu Əmrahovun idarə etdiyi VAZ-2106 markalı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı ağaca çırpılıb.

Sərnişin, 2008-ci il təvəllüdlü (18 yaş) Teymur Əli oğlu Orucov həlak olub, sürücü və digər sərnişin, 2002-ci il təvəllüdlü (24 yaş) Cahid Asəf oğlu Rüstəmov xəsarət alıblar. Yaralılar xəstəxanaya yerləşdiriliblər.

Digər zərərçəkənlərin vəziyyəti orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*