Azərbaycanda fəaliyyət göstərən dini konfessiyaların rəhbərləri 8 Noyabr – Zəfər Günü ilə əlaqədar Bakıda Zəfər Tağını ziyarət ediblər.
Zəfər Tağının önünə gül dəstələri qoyulub, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi ehtiramla anılıb.
***11:07
Dövlət və hökumət rəsmiləri 8 Noyabr – Zəfər Günü münasibətilə Zəfər Tağı abidəsini ziyarət ediblər.
KONKRET.az APA-ya istinadən Zəfər Tağı abidəsinin önündən fotoları təqdim edir:






















