Aİ prezidentinin Ermənistana səfəri fonunda sərhəddə yaranan gərginlik: “Rusiya göstərmək istəyir ki…”backend

Aİ prezidentinin Ermənistana səfəri fonunda sərhəddə yaranan gərginlik: “Rusiya göstərmək istəyir ki...”

“Avropa İttifaqının prezidentin Şarl Mişelin Cənubi Qafqaza səfəri çərçivəsində Gürcüstan, Azərbaycan və Ermənistana səfəri əsasən, regionda post-münaqişə dövrünə uyğun olaraq əməkdaşlığı yeni bir inkişaf mərhələsinə qaldırmaq, həmçinin Ermənistanla Azərbaycan arasında sülhün əldə edilməsi üçün əsas vasitəçi olmaqdır”.

KONKRET.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə qeyd edib.

O xatırladıb ki, İttifaq prezidentinin ilk səfəri Ermənistana etməsi, baş nazir N. Paşinyan və prezident A. Sarkisyanla danışıqlar aparması, oradan Azərbaycana gələrək prezident İlham Əliyevlə görüşü gözlənilir:

Avropa İttifaqı iki ölkə arasında sülh sazişinin imzalanmasına çalışır. Avropa İttifaqının buna imkanı çatır və Ermənistana təzyiqlər edəcəksə, bu mümkündür. Qeyd edim ki, Avropa İttifaqı burada əsas maraqlı tərəfdir. Rusiya, nə də ABŞ sülhün əldə edilməsində maraqlı deyil. Məhz baş verənləri düzgün qiymətləndirən Avropa İttifaqı təşəbbüsü ələ alır. İki ölkə Avropa İttıfaqı ilə sıx əməkdaşlıq münasibətlərinə malikdir. Əgər, Ermənistan Rusiyanın təhriklərinə qarşı gəlib, Avropa İttifaqının təkliflərini qəbul edəcəksə, Azərbaycanla sülhün əldə edilməsi mümkündür. Azərbaycan Ermənistanla sülh müqaviləsinə hazırdır. Avropa İttifaqı Ermənistanla danışıqlar apardığı bir fonda ermənilər sərhəddə atəşkəsi mütəmadi pozur. Rusiya göstərmək istəyir ki, heç bir tərəfin regionda sülhün əldə etməsinə imkan verməyəcək”./yenisabah

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*