Avropa İttifaqı Suriyanın minalardan təmizlənməsi və bərpası üçün 51 milyon avro vəsait səfərbər edib.
KONKRET.az xəbər verir ki, bu barədə Dəməşqdə keçirilən birgə mətbuat konfransında Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas və Suriyanın xarici işlər naziri Əl-Şibani məlumat veriblər.
Tərəflərin birgə açıqlamasına əsasən, Avropa tərəfi müharibədən qalan sursatların təmizlənməsi və humanitar ehtiyaclar üçün 51 milyon avro ayırdığını elan edib. Öz növbəsində, Dəməşq rəhbərliyi Avropa İttifaqını ölkəyə qarşı qalan sanksiyaları ləğv etməyə və ölkənin bərpası istiqamətində əməkdaşlığı genişləndirməyə çağırıb.
Natiq Səlim,
KONKRET.az
