Aİ-yə qarşı milyonluq iddia: Peskovun xanımı məhkəməyə üz tutdubackend

Aİ-yə qarşı milyonluq iddia: Peskovun xanımı məhkəməyə üz tutdu

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskovun həyat yoldaşı, Olimpiya çempionu Tatyana Navka Avropa İttifaqının tətbiq etdiyi sanksiyaların ləğvi və 2 milyon avrodan çox təzminat ödənilməsi tələbi ilə Aİ Məhkəməsinə müraciət edib.

KONKRET.az xəbər verir ki, o, iddia ərizəsində bildirib ki, Avropa İttifaqı Şurasının onu sanksiya siyahısına salması üçün kifayət qədər hüquqi əsas olmayıb.

Navkanın fikrincə, tətbiq olunan məhdudiyyətlər onun ləyaqət, şəxsi və ailə həyatına hörmət hüququnu pozur.

Navka maddi ziyana görə təxminən 135 min avro, mənəvi ziyana görə isə 1,9 milyon avrodan çox təzminat tələb edir.

Məhkəməyə təqdim olunan iddia Rusiyalı milyarder Roman Trotsenko, müğənni Polina Qaqarina və Avropa İttifaqının sanksiyalarından şikayət edən digər Rusiya vətəndaşlarının analoji müraciətləri ilə birlikdə verilib.

Müşviq Tofiqoğlu
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*