AKADEMİK: “Nəinki məqalələrimi, hətta ərizəmi də həmişə özüm yazmışam”backend

AKADEMİK: "Nəinki məqalələrimi, hətta ərizəmi də həmişə özüm yazmışam"

AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli KONKRET.az-da “Azərbaycan” qəzetində çap edilmiş məqaləsi ilə bağlı dərc edilmiş tənqidi yazıya aydınlıq gətirib.

Akademikin açıqlamasını olduğu kimi təqdim edirik:

“Hörmətli Baş redaktor!

Saytınızda mənim “Azərbaycan” qəzetində çap edilmiş məqaləmlə əlaqədar yazılanlara aydınlıq gətirməyə ehtiyac duydum.

Belə ki, bu vaxta qədər müəllifin özünə məxsus olan məqaləsini təkrar çap etdirməsinə, yaxud da təkmilləşdirərək oxuculara təqdim etməsinə hər hansı bir məhdudiyyətin qoyulması barəsində rəsmi bir məlumata və ya qaydaya rast gəlməmişəm.

“Azərbaycan” qəzetində çap olunan məqalə mənim üzərində yenidən işləyərək təkmilləşdirdiyim, müəyyən əlavələr etdiyim elmi yazıdır. Məqalənin redaksiyaya təqdim olunan variantı 15 səhifədən ibarət idi. Sonradan qəzetin bir səhifəsindən çox yer tutmaması üçün məqalənin 4 (dörd) səhifəsini ixtisar etməli olmuşam. Məqalənin bundan əvvəl 19 iyun 2013-cü ildə “Xalq qəzeti”ndə çap olunmuş variantı isə 9,5 səhifədən ibarət olmuşdur.

Elmi fəaliyyətlə məşğul olduğum 50 ildən artıq bir dövrdə nəinki məqalələrimi və ya kitablarımı, hətta ərizəmi də həmişə özüm yazmışam”.

Əlaqədar YAZI: 

AMEA prezidentindən BAŞDANSOVDU ADDIM – “Axı sizi nə məcbur edir ki, belə edəsiniz?”

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*