Akopyan: “Əgər müharibə baş verməsəydi, biz çox inkişaf edəcəkdik”backend

Akopyan: "Əgər müharibə baş verməsəydi, biz çox inkişaf edəcəkdik"

Nikol Paşinyan var gücü ilə hamını razı salmağa çalışarkən, onun həyat yoldaşı Anna Akopyan Parisə qeyri-rəsmi səfərə gedib.

KONKRET.az erməni mediasına istinadən yazır ki, o, ərindən fərqlənməyərək səfəri ilə bağlı bir sıra açıqlamalr verib.

Fransa prezidenti Emanuel Makronun həyat yoldaşı Bricit Makronla görüşdüyünü deyən Anna Akopyan fransız həmkarına 2018-ci ilin oktyabrından bəri İrəvanın necə dəyişdiyindən bəhs edib. Hələ utanmaz-utanmaz deyib ki, “Əgər bu xain müharibə 2020-ci ildə baş verməsəydi, bu dörd il ərzində Ermənistan çox inkişaf etmiş olardı. Belə olan halda Avropanın artıq Ermənistanın simasında bizim regionda güclü, demokratik, azad və güclü tərəfdaşı olacaqdı. Ermənistanın və erməni xalqının getməyə hazır olduğu çətin bir yolda bu müddət ərzində bizim yanımızda olacaq bütün dost ölkələrə minnətdarıq”.

Akopyan son açıqlaması ilə əslində öz acizliklərini, Qərbin isə riyakarlığını, nəticələrin isə peşmanlıq dərəcəsini müəyyən etməyə çalışır. Amma çifayda. Onsuz da paltarlarındakı ziddiyyətli rənglər hər şeyi aydın göstərir.

Sevinc Paşayeva,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*