Aktaudakı təyyarə qəzası: Çin tədbirlərə başladıbackend

Aktaudakı təyyarə qəzası: Çin tədbirlərə başladı

Çin hakimiyyəti Azərbaycan Hava Yolları (AZAL) və Cənubi Koreyanın “Jeju Air” şirkətlərinin iştirakı ilə baş vermiş son qəzalardan sonra riskləri aradan qaldırmaq üçün ölkə daxilində əks tədbirlər görüb.

KONKRET.az Report-a istinadən xəbər verir ki, bunu Çin Xalq Respublikasının Mülki Aviasiya İdarəsinin təhlükəsizlik üzrə direktoru Şu Minszyan deyib.

“Azərbaycan və Cənubi Koreyada baş vermiş son böyük aviasiya qəzaları ilə əlaqədar olaraq, Mülki Aviasiya İdarəsi hazırkı mərhələdə əsasən bir neçə istiqamətlərdə işləməyə başlayıb. Əvvəlcə, təcili cavab tələb edən təhlükəsizlik risklərinin qarşısının alınması üçün tədbirlərin məqsədyönlülüyü və effektivliyi artırılıb. Daha sonra idarə tərəfindən ölkə daxilində hava limanlarında yoxlamalar həyata keçirilib və müvafiq risklərə qarşı fəal şəkildə mübarizə aparmaq üçün enmə zolaqlarında təhlükəsizlik təhdidlərinin hərtərəfli müəyyən olunması təmin edilib”, – direktor bildirib.

Onun sözlərinə görə, qəzalara səbəb ola biləcək quşların hava limanlarının ərazisindən qorxudulmasına və sıxışdırılmasına xüsusi diqqət yetirilir:

“Biz fövqəladə hallara cavab təlimlərini gücləndirəcəyik və cavab tədbirlərinin səmərəliliyini artıracağıq”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*