Suriyada iki sərnişin avtobusunun iştirakı ilə baş verən yol-nəqliyyat hadisəsi nəticəsində 35 nəfər həlak olub, daha 30 nəfər yaralanıb.
KONKRET.az xəbər verir ki, bu barədə Reuters agentliyi məlumat yayıb.
Hadisə Deyr əz-Zor–Dəməşq yolunda baş verib. Bildirilir ki, avtobuslardan biri daxili təhlükəsizlik qüvvələrinin əməkdaşlarını, digəri isə adi sərnişinləri daşıyırdı.
Günay Əli
KONKRET.az
