Almaniyanın şimalında yerləşən Aşağı Saksoniya əyalətində yerləşən Qanderkese bölgəsində yüngülmühərrikli təyyarə yaşayış evinin damına çırpılıb.
KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə nəticəsində bir nəfər ölüb, daha bir nəfərin isə itkin düşüb.
Məlumata görə, təyyarədə iki nəfər olub.
Bildirilib ki, qəza zamanı ev sakinləri evdə olmayıb.
Hadisə yerinə aidiyyəti qurumlar cəlb edilib, ətrafda yaşayan sakinlər təxliyə olunub.
Təhlükəsizlik məqsədilə həmin küçədə elektrik enerjisinin verilməsi müvəqqəti dayandırılıb.

