200-dən çox Amerika hərbçisi məhv edilib – SEPAHbackend

200-dən çox Amerika hərbçisi məhv edilib - SEPAH

İran Silahlı Qüvvələri Vaşinqton tərəfindən atəşkəsin pozulmasından sonra Yaxın Şərqdə ABŞ bazalarında yerləşdirilmiş 200-dən çox Amerika hərbçisini məhv edib.

KONKRET.az “Tasnim” agentliyinə istinadən xəbər verir ki, bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) nümayəndəsi Hüseyn Möhəbi bildirib.

“”Qələbə-2″ cavab əməliyyatı zamanı həlak olan amerikalıların sayı 200 nəfəri ötür, yaralananların sayı isə bu rəqəmdən xeyli çoxdur”, – deyə o, bildirib.

Möhəbi qeyd edib ki, ABŞ tərəfindən təqdim edilən bütün statistika yalandır və Vaşinqtona əvvəllər İran tərəfindən hücuma məruz qalan Amerika bazalarına jurnalistləri dəvət etməyi təklif edib./”Report”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*