Təhsil naziri istefa verdi – Bu ölkədəbackend

Təhsil naziri istefa verdi - Bu ölkədə

“Hamamböcəkləri küçələrdən yox olmadı, Təhsil naziri istefa verdi”

Hindistanın Təhsil naziri Dharmendra Pradhan universitetə qəbul imtahanlarında sualların əvvəlcədən sızdırılması və digər qanunsuzluqlarla bağlı qalmaqaldan sonra vəzifəsindən istefa verib.

KONKRET.az xəbər verir ki, həftələrdir etiraz aksiyaları keçirən gənclər nazirin istefasını tələb edirdilər və nəticədə bu tələb yerinə yetirildi.

Məqalənin başlığında işlədilən “Hamamböcəkləri küçələrdən yox olmadı” ifadəsi etirazçılar tərəfindən hökumət nümayəndələrinin tələbələrə qarşı istifadə etdikləri təhqiramiz ifadəyə ironik cavabdır. Rəsmilər etirazçılardan bəzilərini “hamamböcəkləri” adlandırmışdılar. Lakin bu təhqiramiz ifadə etirazları dayandırmadı, əksinə, narazılığı daha da artırdı. Nəticədə tələbələrin davamlı etirazları fonunda Təhsil naziri istefa verməyə məcbur oldu.

Rəsmiyyə Şərifova,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*