Aleksandr İskandaryan: “Bu, Ermənistan üçün bir fəlakətdir”backend

Aleksandr İskandaryan: “Bu, Ermənistan üçün bir fəlakətdir”

“Ermənistanın indi konsolidasiyaya ehtiyacı var, birləşmək və ölkənin gələcək mövcudluğu üçün hərəkətə başlamaq lazımdır”.

KONKRET.az xəbər verir ki, bu fikirləri erməni politoloq, Qafqaz İnstitutunun direktoru Aleksandr İskandaryan bildirib.

Onun sözlərinə görə, “Ölkənin toparlanması lazımdır. Demək olar ki, bütün siyasi qüvvələr ölkəni bölür və ya bölünmək üçün çalışırlar. Bu ölkənin mövcudluğunu davam etdirməsini istəyiriksə, dövləti birlikdə qurmağa çalışmalıyıq”.

İskəndəryana görə, Ermənistan uzun müddət davam edən iqtisadi böhranla üzləşir və ilk əlamətləri onsuz da nəzərə çarpır: “Ölkədə nə olduğunu başa düşməmək çox ciddi bir sosial və siyasi fəlakətə səbəb ola bilər. Belə olsa, vəziyyət daha da pisləşəcək”.

Onun sözlərinə görə, “Vəziyyət son dərəcə kəskindir, istənilən qüvvələrin konsensusunu inkişaf etdirmək lazımdır …”

Erməni politoloq Ermənistanda vəziyyətin son dərəcə çətin olduğunu vurğulayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*