Aleksanyan: “Paşinyan Əliyevə cavab vermək əvəzinə susur, çünki o, laldır”backend

Aleksanyan: “Paşinyan Əliyevə cavab vermək əvəzinə susur, çünki o, laldır”

“Azərbaycan Ermənistanın müttəfiqsiz qaldığını və Nikolun Ermənistan-Rusiya münasibətlərini korladığını görür. Və bu münasibətlər pisləşdikcə, anti-Rusiya geosiyasi mərkəzləri Ermənistana qarşı bir o qədər rahat hərəkət edəcəklər”.

KONKRET.az xəbər verir ki, bu sözləri erməni jurnalist Petros Aleksanyan 7or.am saytında dərc edilən məqaləsində yazıb.

“Nikol Paşinyan Əliyevə heç vaxt cavab vermir. Çünki o, balıq kimi laldır.

Nikol Paşinyan Əliyevə cavab vermək əvəzinə susur və bütün günahları Putində görür. Hələ bu azmış kimi İrəvan meriyası Rusiyada hökumət əleyhinə addımları ilə tanınan Navalnı tərəfdarı, Rusiya vətəndaşı Riçard Roman Kinqin İrəvanda etiraz aksiyasına icazə verib. Navalnı tərəfdarına mitinqə icazə verilməsi diqqətdən kənarda qala bilərdi, lakin Nikol Paşinyanın anti-Rusiya siyasəti və mövcud təhlükəsizlik çağırışlarını nəzərə alsaq, belə bir toplantıya icazə vermək düşünülmüş addım kimi qiymətləndirilməlidir. Nikolun bu addımı hansı məqsədlə atdığını təxmin etmək çətin deyil”.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*