Rusiyanın müxalifət lideri Aleksey Navalnının həbsxanada öldüyü barədə məlumat yayılıb.
KONKRET.az Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə Federal Cəzalar İcra Xidməti xəbər yayıb.
Bildirilib ki, 16 fevralda 3 nömrəli cəzaçəkmə müəssisəsində gəzinti zamanı Navalnının halı pisləşib. O, dərhal huşunu itirib və yerindəcə keçinib.
Gələn tibb işçiləri ölümü qeydə alıblar.
Xatirə SADİQ,
KONKRET.az
