Alla Puqaçova Rusiyaya QAYITDI – VİDEObackend

Alla Puqaçova Rusiyaya QAYITDI - VİDEO

Rusiyalı müğənni Alla Puqaçova Moskvaya qayıdıb.

KONKRET.az xəbər verir ki, bu barədə onun yaxın dostu, rusiyalı dizayner İqor Qulyayev məlumat verib. O, Primadonnanın limuzindən düşərək qapını ayağı ilə açması videosunu yayıb.

“Allusya, sənin üçün necə darıxdım!”, – deyə Qulyayev videoya mətn əlavə edib.

Qeyd edək ki, Alla Puqaçova Ukraynadakı müharibə barədə hələlik ictimaiyyətə açıqlama verməyib, lakin onun həyat yoldaşı Maksim Qalkin rus işğalçılarının vəhşiliklərini və dinc şəhərləri bombalamaq əmri verən Rusiya rəhbərliyini pisləyib.

Ancaq Rusiya Federasiyasında Alla Puqaçovanı hətta susmaqda ittiham etmək qərarına gəliblər. Deyirlər ki, susursa, deməli əri ilə həmrəydir.

Bütün bunların fonunda rus təbliğatçısı Anton Krasovski əmin edib ki, yaxın gələcəkdə o, bütün dünyaya ən böyük sənətçi Alla Puqaçova haqqında guya şok təfərrüatları açıqlamağı planlaşdırır. Lakin kompromatlar hələ də ictimaiyyətə açıqlanmayıb.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*