Alla Puqaçovanın müğənni nəvəsi səfərbərlikdən BELƏ QAÇDIbackend

Alla Puqaçovanın müğənni nəvəsi səfərbərlikdən BELƏ QAÇDI

Puqaçovanın nəvəsinin səfərbərlikdən necə qaçdığı məlum olub.

KONKRET.az xəbər verir ki, bu barədə Rusiya KİV-ləri məlumat yayıb. Bildirilir ki, rusiyalı ulduz müğənni Alla Puqaçovanın nəvəsi, rus kino, televiziya və dublyaj aktyoru, müğənni və musiqiçisi. MULTIVERSE qrupunun solisti Nikita Presnyakov səfərbərliyə alınmaması üçün Rusiya Federasiyasından qaçıb. O, İvanqorod və Estoniya Narvası arasındakı sərhəd keçidlərinin birində piyada keçib.

Qeyd edilir ki, Nikita Presnyakov sentyabrın 24-də Rusiyadan qaçıb. O, Litva vətəndaşlığına malikdir, ona görə də heç bir problem olmadan sərhədi keçib və Rusiya Federasiyasından uzaqlaşıb.

Bir müddət əvvəl rusiyayönlü deputat Roman Xudyakov açıqlama verib ki, Puqaçova ölkədən gedəndən sonra onun nəvələri Rusiya Federasiyasının müdafiəsinə cəlb olunmalı və müharibəyə göndərilməlidir. Görünür, Presnyakov ulduz nənəsinin və onun əri Maksim Qalkinin mövqeyini dəstəkləyir, ona görə də Ukraynaya dinc sakinləri öldürmək üçün getmək istəmir.

Beləliklə, o, anası Kristina Orbakayte ilə birlikdə Amerikaya getməyə qərar verib. Eyni zamanda, müğənninin özü hələ də Moskvaya qayıtmağı planlaşdırır. Presnyakovun planları barədə heç nə məlum deyil.

Xatırladaq ki, Alla Puqaçova özü ikinci dəfə Rusiyanı tərk edib. Rəfiqəsi deyib ki, Primadonnanın uşaqları məktəbdə təhqir olunmağa başlayıb, ona görə də o, onlarla birlikdə İsrailə gedib, orada artıq İsrail pasportu alıb.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*