Ukraynalı hərbçilərin Almaniya istehsalı özüyeriyən haubitsalarla bağlı təlimləri tezliklə başa çatacaq.
KONKRET.az xəbər verir ki, bu barədə Almaniyanın müdafiə naziri Kristine Lambrext jurnalistlərə açıqlamasında bildirib.
O qeyd edib ki, təlimlər başa çatdıqdan sonra ilk haubitsaların Ukraynaya göndərilməsinə başlanılacaq.
“Panzerhaubitze 2000” təlimləri tezliklə başa çatacaq və beləliklə o, Ukraynadakı döyüşlərdə istifadə ediləcək”, – nazir jurnalistlərə açıqlamasında bildirib.
Lambrext əlavə edib ki, təhlükəsizlik səbəbilə nə tədarükün vaxtı, nə də rotası ilə bağlı ictimaiyyətə məlumat veriləcək.//APA
