Almaniya kanslerindən Paşinyana SÜLH ÇAĞIRIŞI: “Yeni addımlar atılmalıdır!”backend

Almaniya kanslerindən Paşinyana SÜLH ÇAĞIRIŞI: "Yeni addımlar atılmalıdır!"

Almaniya Kansleri Fridrix Merz Ermənistanın Baş naziri Nikol Paşinyanla telefon danışığı aparıb.

KONKRET.az xəbər verir ki, Almaniya hökumətinin rəsmi nümayəndəsi Ştefan Korneliusun verdiyi məlumata görə, tərəflər Yaxın Şərq və Ukraynadakı böhranı, eləcə də bunların Cənubi Qafqaza təsirlərini müzakirə ediblər.

Kansler Merz Ermənistan və Azərbaycan arasındakı sülh prosesində irəliləyiş üçün daha qətiyyətli addımların atılmasının vacibliyini vurğulayıb. Söhbət zamanı həmçinin ikitərəfli əlaqələrin genişləndirilməsi və İrəvanın Avropa İttifaqı ilə münasibətlərinin inkişaf etdirilməsi imkanları nəzərdən keçirilib.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*