Almaniyada ABŞ-a məxsus hərbi təyyarə qəzaya uğrayıb.
KONKRET.az xəbər verir ki, hadisə Reynland-Pfalts federal əyalətinin Eyfel rayonunda yerləşən ABŞ-ın Şpandahlem hərbi bazasının yaxınlığında baş verib.
Rayon rəhbərliyinin ilkin məlumatına görə, qəza nəticəsində bir nəfər xəsarət alıb. NTV isə təyyarənin pilotunun qəzadan sağ çıxdığını bildirib.
Hadisə yerinə təcili yardım və digər operativ xidmətlərin əməkdaşları göndərilib.
Şpandahlem hərbi bazasında təxminən 20 ədəd F-16 qırıcısından ibarət eskadrilya yerləşir.
Natiq Səlim,
KONKRET.az
