Almaniyada təyyarə evə çırpılıb, ölənlər və xəsarət alanlar varbackend

Almaniyada təyyarə evə çırpılıb, ölənlər və xəsarət alanlar var

Almaniyada kiçik mühərrikli təyyarə yaşayış evinə çırpılıb.

KONKRET.az “FOCUS Online” nəşrinə istinadən xəbər verir ki, hadisə Vezel şəhərində, Şimali Reyn-Vestfaliyada baş verib.

Məlumata görə, hadisə zamanı azı 3 nəfər həlak olub. Nəşr qeyd edib ki, qəza nəticəsində daha bir neçə nəfər xəsarət alıb. Onlar arasında uşaq da var.

“Frankfurter Allgemeine Zeitung” qəzeti isə bildirib ki, hadisə zamanı 2 nəfər həlak olub, daha 2 nəfər yaralanıb.

Qəzanın başvermə səbəbi hələ məlum deyil.

report

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*