Kosta-Rika sahillərində alman milyonçusu Rainer Şallerin olduğu şəxsi təyyarə ilə əlaqə kəsilib.
KONKRET.az TASS-a istinadən xəbər verir ki, bu barədə “Bild” qəzeti öz mənbələrinə istinadən məlumat yayıb.
Bildirilib ki, yüngül mühərrikli təyyarə Meksikadan Kosta-Rikanın Limona əyalətinə uçurmuş.
Məlumata görə, təyyarə ilə rabitə ötən gecə yerli vaxtla saat 18:00 radələrində kəsilib.
Qeyd edək ki, 53 yaşlı Şaller Almaniyanın məşhur “McFit” fitnes klublar şəbəkəsinin yaradıcısıdır. Təyyarədə onun sevgilisi Kristian Sikorski, uşaqları və başqa bir kişi də olub
İqbal Rzayev,
KONKRET.az
