AMEA-nın təcili iclasında müzakirə edilən məsələlər məlum oldubackend

AMEA-nın təcili iclasında müzakirə edilən məsələlər məlum oldu

“Bugünkü iclasda AMEA-da prezident seçkiləri ilə bağlı heç bir qərar qəbul edilməyib”.

KONKRET.az xəbər verir ki, bunu AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli deyib.

O bildirib ki, bugünkü iclas daha çox idarəetmənin yenidən qurulması, təkminləşdirilməsi, müasirləşməsi, ölkə reallığına uyğunlaşdırılması və dünya təcrübəsinə inteqrasiyası ilə bağlı olub:

“Bu formatda idarə olunacaq elmin gələcəkdə hansı nəticəni verəcəyi proseslərin qurulmasından və ailmlərin təşəbbüsləri dəyərləndirməyindən və zəhmətindən asılıdır. Bugünkü iclasda isə AMEA-da prezident seçkiləri ilə bağlı heç bir qərar qəbul edilməyib”

İ.Həbibbəyli söyləyib ki, AMEA insitutlarının böyük qismi Elm və Təhsil Nazirliyinin tərkibinə verildiyi üçün onların Rəyasət Heyətinin tərkibində fəaliyyət göstərməsi mənasızdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*