Laçın rayon İcra Hakimiyyəti başçısının Piçənis kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəfat edib.
KONKRET.az xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, 1978-ci il təvəllüdlü Manafov Niftalı Möhübbət oğlu Bakı şəhərində qardaşının evində dünyasını dəyişib.
Məlumata görə, Laçın rayonunun Xaçınyalı kəndindən olan Niftalı Manafovun ölümünə beyin insultu səbəb olub.
Faktla bağlı araşdırma aparılır.
