Bakıda gedişhaqqında dəyişiklik: 1 saat ərzində limitsiz nəqliyyatbackend

Bakıda gedişhaqqında dəyişiklik: 1 saat ərzində limitsiz nəqliyyat

Azərbaycanda “28 May” metrosunda təmir işləri ilə əlaqədar sərnişinlərin bir neçə avtobusdan istifadə etməsi nəqliyyat xərclərini artırıb. Həm bu vəziyyətdə, həm də ümumiyyətlə zamana bağlı bilet sisteminin tətbiqi təklif olunur.

KONKRET.az xəbər verir ki, iqtisadçı Natiq Cəfərli “Bakupost”a bildirib ki, ümumiyyətlə zamana bağlı bilet sisteminə keçmək lazımdır.

Onun sözlərinə görə, dünyanın hər yerində gedişhaqqı zamana bağlıdır və birdəfəlik gedişhaqqı kimi ölçülmür. Zamana bağlı 1 saatlıq, 1 günlük, 3 günlük, 1 həftəlik, 1 aylıq və illik biletlər mövcuddur.

N.Cəfərli bildirib ki, vətəndaş metroya minərkən 1 saatlıq bilet alır, metrodan düşüb avtobusa minir və əlavə bilet almır. Bir saat ərzində nə qədər nəqliyyat dəyişsə də, cəmi bir dəfə ödəniş edir.

İqtisadçı qeyd edib ki, ayrı-ayrı güzəştlərin tətbiq olunmasındansa, məsələnin birdəfəlik həlli önəmlidir. Onun sözlərinə görə, sistem tətbiq olunanda tələbələr, şagirdlər və təqaüdçülər üçün güzəştli qiymətlər müəyyənləşdirilir.

N.Cəfərli vurğulayıb ki, dünyanın keçdiyi yol var: “Biz özümüzdən velosiped icad etməkdənsə, normal ölkələrin praktikasını götürüb tətbiq etməliyik.”

  • Şaik
    Avqust 22, 2026 - 06:08

    Bir saatlıq yox,2 saatlıq etsələr yaxşı olur. Çünki Kəndlərdən 28 May metrosunda qədər gedəndə səhərlər,Hələ Koroğlu metrosuna qədər,Yoldakı tıxaclar səbəbindən 1 saat 50 dəqiqə vaxt sərf olunur. Hələ bundan sonra metro ilə getmək lazımdır. Metroda da tıxaclar olur. 30 dəq sərf olunur. Hələ 28 may metrosundan yenə də avtobusa minmək lazımdır…

  • N
    Avqust 22, 2026 - 22:47

    Tay cana yığılmışiq sizin bu yersiz təmir və yeniliklerinizden! Metro təmirə bağlanır avtobuslar duz əməlli işləmir, işıqlar yanıb sönür elə bil yiyəsiz ölkədir. Nə qədər olar axı?! Bəsdirin də bu qara millətə əziyyət verdiniz!!!!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*