Qazaxıstan hökuməti istefaya gedib.
Prezident “Qazaxıstan Respublikası Hökuməti haqqında” fərmanı imzalayıb.
KONKRET.az xəbər verir ki, Fərmanda deyilir:
“Qazaxıstan Respublikası Konstitusiyasının 69-cu maddəsinin 1-ci bəndinə və ‘Qazaxıstan Respublikası Hökuməti haqqında’ Konstitusiya Qanununun 4-cü maddəsinə əsasən, Qazaxıstan Respublikası Hökumətinin yeni seçilmiş Qurultay (Parlament) qarşısında səlahiyyətlərini təhvil verməsi ilə əlaqədar qərara alıram:
Qazaxıstan Respublikası Hökuməti yeni hökumətin tərkibi təsdiq edilənədək öz vəzifələrini icra etməyə davam etsin.”
Fərman imzalandığı gündən qüvvəyə minir.
Ağagül Mürsəlov,
KONKRET.az
