AMEA-nın yeni nizamnaməsinin ilkin nümunəsi HAZIRLANDIbackend

AMEA-nın yeni nizamnaməsinin ilkin nümunəsi HAZIRLANDI

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) yeni nizamnaməsinin ilkin nümunəsi hazırlanıb.

KONKRET.az xəbər verir ki, bunu “Report”a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, akademik İsa Həbibbəyli deyib.

O xatırladıb ki, Prezident İlham Əliyevin imzaladığı fərmanla AMEA-da yeni struktur islahatlarının aparılması, strukturun müəyyən edilməsi və nizamnamənin hazırlanıb təqdim olunmasına üç ay vaxt verilib:

“Buna baxmayaraq, həm struktur istiqamətləri üzrə iş aparılır, həm də müzakirələr keçirilir. Ümid edirəm ki, Rəyasət Heyətinin bugünkü iclasında da bu istiqamətdə müzakirələr aparıla bilər. Nizamnamənin yenidən hazırlanması istiqamətində də işlər davam etdirilir. Nizamnamənin yeni formatda ilkin nümunəsini hazırlamışıq. Yaxın zamanlarda Nizamnamə Komissiyasının üzvləri ilə birlikdə onun müzakirələri davam etdiriləcək və Rəyasət Heyətinin müzakirəsinə veriləcək”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*