Ana üç uşağını 9-cu mərtəbədən ATDI – VİDEObackend

Ana üç uşağını 9-cu mərtəbədən ATDI - VİDEO

Özbəkistanın paytaxtı Daşkənddə 27 yaşlı qadın əvvəlcə 3 azyaşlı uşağını daha sonra isə özünü 9 mərtəbəli binanın pəncərəsindən atıb. 

KONKRET.az Özbəkistan mediasına istinadən xəbər verir ki, hadisə aprelin 3-ü axşam saatlarında baş verib.

Məlumata görə, qadın yaşadığı binanın 9-cu mərtəbəsində 3 uşağını pəncərənin qarşısına gətirərək bir-bir yerə atıb.

Hadisə nəticəsində ana, 4 və 5 yaşlı iki oğlu, eləcə də bir yaşlı qızı dünyasını dəyişib.

Özbəkistanın Baş Prokurorluğu məlumatı təsdiqləyib. Hadisənin səbəbləri araşdırılır.

Hadisə yerindən çəkilmiş videogörüntülər sosial şəbəkələrdə yayılıb.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*