Ana uşağına qoyduğu bu ada görə həbs edildibackend

Ana uşağına qoyduğu bu ada görə həbs edildi

Norveçdə çoxuşaqlı ana oğluna yuxusunda gördüyü qeyri-adi bir ad qoyduğuna görə həbs edilib.

KONKRET.az globalinfoaz-a istinadən xəbər verir ki, bu barədə “The Mirror” nəşri yazıb.

Belə ki, 14 uşaq anası Kirsti Larsen doğuşdan qısa müddət əvvəl yuxusunda övladına “Bridge” adını verməli olduğunu deyən bir səs eşidib. O, ibrani dilindəki ekvivalenti olan “Geşer” adını seçib. Lakin Norveç hakimiyyəti adı çox yad və qeyri-adi hesab edərək qeydiyyatdan keçirməkdən imtina edib.

Ölkədə uşaqlara onların nüfuzuna zərər verə biləcək adların verilməsini qadağan edən qaydalar olduğu üçün məhkəmə anaya cərimə kəsib, lakin o ödəməkdən imtina edib. Buna görə də onun cəriməsi iki günlük həbslə əvəz edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*