ANAMA azad olunan ərazilərdə daha 113 mina aşkarladıbackend

ANAMA azad olunan ərazilərdə daha 113 mina aşkarladı

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan əməliyyatlar barədə aylıq məlumatı açıqlayıb.

ANAMA-dan KONKRET.az-a verilən məlumata görə, noyabrın 8-dən 13-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilan rayonlarının ərazilərində aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 57, tank əleyhinə 56 mina və 20 ədəd partlamamış hərbi sursat aşkarlanıb.

Nəticədə 63,6 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*