ANAMA-da işləmək istəyənlərin NƏZƏRİNƏbackend

ANAMA-da işləmək istəyənlərin NƏZƏRİNƏ

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) müvafiq sahədə vakant vəzifələrin tutulması və ehtiyat siyahısının yaradılması məqsədilə ali təhsilli, 1 ildən artıq iş stajı olan şəxslərin sənədlərinin qəbulunu elan edib.

KONKRET.az xəbər verir ki, bu barədə Agentlikdən məlumat verilib.

İşə qəbul üçün coğrafiya və riyaziyyat fənləri istiqamətli (2-ci qrup) ali təhsilin və MS office proqramlarının olması mütləqdir.

Seçim zamanı ArcGİS proqramı və orta səviyyədə ingilis dili üzrə biliklərə malik namizədlərə üstünlük veriləcək. Qeyd edilən vakant vəzifələr agentliyin işğaldan azad edilmiş ərazilərində yerləşən struktur bölmələrindədir.

Maraqlananlar əlaqə telefonunu qeyd etməklə aşağıda göstərilən sənədləri [email protected] ünvanına göndərməlidir.

Sənəd qəbulu avqustun 15-dək həyata keçiriləcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*