Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Serbiyanın sabiq Prezidenti, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin (NGIC) Müşahidə Şurasının üzvü Boris Tadiç ilə görüşüb.
KONKRET.az xəbər verir ki, görüş zamanı 2026-cı ildə Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına (WUF23) hazırlıq məsələləri müzakirə edilib, Mərkəzin Forumda iştirakının əhəmiyyəti xüsusilə vurğulanıb.
Həmçinin 15-16 yanvar 2026-cı il tarixlərində Cenevrədə keçiriləcək NGIC-in İllik Toplantısı və bu çərçivədə birgə təşəbbüslər və əməkdaşlıq imkanları barədə səmimi fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, 17-22 may 2026-cı il tarixlərində Bakının ev sahibliyi edəcəyi BMT-nin 13-cü Ümumdünya Şəhərsalma Forumu (WUF13) ilə əlaqədar hazırlıq prosesi davam edir. Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri, WUF13-ün milli koordinatoru Anar Quliyevin bu istiqamətdə rəsmi görüşləri ardıcıl şəkildə həyata keçirilir.
