Ancelina Coli bir dəfə özünü öldürmək üçün killer sifariş edib.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, 60 yaşlı Bred Pittdən hələ də boşanma prosesində olan 49 yaşlı Oskar mükafatlı aktrisa bu barədə ilk dəfə danışıb.
“Bu, çılğın səslənəcək, amma vaxt var idi ki, məni öldürmək üçün birini işə götürəcəkdim”.
O bildirib ki, intihar etməkdənsə, kiminsə onu öldürməsinə üstünlük verib. Aktirsa hessab edirmiş ki, bu, yaxınlarının onun ölümü ilə barışmasını asanlaşdıracaqdı.
Onun sözlərinə görə, Nyu-Yorkda qatil tapmaq o qədər də çətin deyil. Nə qədər çılğın səslənsə də, düşünürəm ki, bir çox insan gənc olanda intihar haqqında düşünür.
Killer olduqca layiqli adam idi. Mənə təklif etmişdi ki, bu barədə ciddi düşünsün və iki aydan sonra ona qəti qərarını açıqlasın. Həyatımda elə bir şey baş verdi ki, killerdən imtina etməli oldum”.
“Time”ə gənclik illərindən danışan Coli altı övladına ana olmağın ona bir şəxsiyyət kimi yetişməsinə imkan verdiyini deyib. “Əslində heç vaxt düşünməmişəm ki, kiminsə anası ola bilərəm. Valideyn olmağa qərar verdiyimi xatırlayıram. Sevmək çətin deyil. Başa düşmək çətindir ki, hər şey yaxşı olaçaq”.
Orxan,
KONKRET.az