2026-cı il ərzində dənizdə 23 nəfər, göllərdə 3, çaylarda 5, suvarma kanallarında 18, su anbarlarında isə 5 nəfərin meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
KONKRET.az apa-ya istinadən xəbər verir ki, bunu Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin İctimaiyyətlə əlaqələr və təbliğat şöbəsinin rəisi, daxili xidmət polkovnik-leytenantı Akşin Əlili çimərlik mövsümünün başa çatması ilə bağlı keçirilən birifinqdə deyib.
O, Xəzər dənizi hövzəsində təhlükəli hesab edilən əraziləri də açıqlayıb:
“Bilgəh qəsəbəsində 12-ci dalan, Mərdakən qəsəbəsində Nil qaya, Novxanı qəsəbəsində Sarıqaya kifayət qədər təhlükəli ərazi kimi qiymətləndirilib. Burada sualtı axınlar normadan artıqdır, bəzi ərazilərdə qəfləti dərinliklər mövcuddur”.
O da bildirilib ki, iyul ayında dənizdə batdığı ehtimal edilən 3 nəfərina axtarışları davam etdirilir”.
