Yaroslavl vilayətinin Pereslavl-Zalesski rayonunda pirotexnika fabrikində baş verən yanğından sonra fövqəladə vəziyyət elan edilib.
KONKRET.az ajans.az-a istinadən xəbər verir ki, vilayət qubernatoru Mixail Evrayev bildirib ki, “Regional hökumətin, İstintaq Komitəsinin, polisin və Fövqəladə Hallar Nazirliyinin nümayəndələrinin daxil olduğu komissiya hadisə yerində işləyir. Təcili yardım mərkəzi yaradılıb”.
Hazırda hadisə yerində 200 təcili yardım işçisi və 23 ədəd xüsusi texnika işləyir. Yanğınsöndürənlər yanğını söndürmək üçün çalışırlar və artıq lokallaşdırılıb.
