500 çuqun dəbilqə, 10 cərgə – Hələ yeni müharibələr qabaqdadırbackend

500 çuqun dəbilqə, 10 cərgə – Hələ yeni müharibələr qabaqdadır

500 çuqun dəbilqənin 10 cərgə şəklində düzülməsi – məşhur çinli rəssam Ay Veyveyin Sidneydəki Avstraliya Müasir İncəsənət Muzeyində nümayiş etdirilən yeni instalyasiyasıdır.

KONKRET.az xəbər verir ki, sənətçiyə bu əsəri yaratmaq üçün Almaniyanın 2022-ci ilin əvvəlində Ukraynaya silah əvəzinə dəbilqə göndərmək qərarı ilham verib. Həmin vaxt Berlin Kiyevə dəstək məsələsində qətiyyətsiz mövqe tutmaqda ittiham olunurdu.

Uzunluğu 40 metr olan instalyasiya “Göbələklər” adlanır. Ay Veyveyin sözlərinə görə, əsərin adı həm dəbilqələrin xarici görünüşünə, həm də göbələklərin xüsusiyyətlərinə işarə edir. Göbələklər çürüyən maddəni yeni həyata çevirir və qaranlıqda böyümənin simvolu hesab olunur. Sənətçi həmçinin bildirib ki, bu söz nüvə partlayışları nəticəsində yaranan “göbələkvari buludları” da xatırladır.

“Yaşadığımız XXI əsrdə müharibələr hələ də sona çatmır. Biz müharibə ilə sülhün bir-birini əvəz etdiyi və dövrümüzün simasını müəyyənləşdirdiyi bir zamanda yaşayırıq. Ümid edirəm ki, bu əsər insanları müharibə və sülh haqqında düşünməyə sövq edəcək”, – deyə Ay Veyvey bildirib.

Rəsmiyyə Şərifova,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*