Hərbi xidmətlə bağlı vacib açıqlama – 1200 manat…backend

Hərbi xidmətlə bağlı vacib açıqlama - 1200 manat…

Hərbi xidmətə çağırılan işçiyə ödənilən üç aylıq müavinətin hansı vergi və sosial ödənişlərə cəlb olunması ilə bağlı məsələ aydınlaşdırılıb.

KONKRET.az yenisabah-a istinadən xəbər verir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti bildirib ki, işçinin müddətli hərbi xidmətə çağırılması ilə əlaqədar əmək müqaviləsinə xitam verildikdə ona orta aylıq əməkhaqqının azı üç misli miqdarında müavinət ödənilir.

Qeyd olunub ki, Vergi Məcəlləsinin 102.1.14.16-cı maddəsinə əsasən, bu məqsədlə ödənilən müavinətlərin qanunvericilikdə nəzərdə tutulan məbləği gəlir vergisindən azaddır.

Həmçinin həmin müavinət əməkhaqqının tərkibinə daxil olmadığından icbari tibbi sığorta və işsizlikdən sığorta üzrə sığorta haqlarına cəlb edilmir. Bununla yanaşı, “Sosial sığorta haqqında” Qanunun 15-ci maddəsində bu müavinətlə bağlı azadolma nəzərdə tutulmadığı üçün ondan məcburi dövlət sosial sığorta haqqı hesablanır.

Məsələn, əmək müqaviləsinə 30 avqust 2026-cı ildə xitam verilən işçinin həmin ay üzrə əməkhaqqı 400 manat, üç aylıq müavinəti isə 1 200 manatdırsa, 400 manat əməkhaqqı müvafiq vergi və sosial ödənişlərə cəlb olunur, 1 200 manatlıq müavinət isə gəlir vergisi, icbari tibbi sığorta və işsizlikdən sığorta haqqından azaddır, lakin məcburi dövlət sosial sığorta haqqına cəlb edilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*