Andrey Belyaninov: “Ermənilərin başı o qədər siyasətə qarışıb ki, mədəniyyət və iqtisadiyyat tamamilə yaddan çıxıb”backend

Andrey Belyaninov: “Ermənilərin başı o qədər siyasətə qarışıb ki, mədəniyyət və iqtisadiyyat tamamilə yaddan çıxıb”

“Ermənilərin əlində elə bir kart var ki, bəlkə də dünyada heç kimdə yoxdur. Söhbət erməni diasporundan gedir”.

KONKRET.az xəbər verir ki, bu fikirləri Avrasiya Xalqları Assambleyasının baş katibi Andrey Belyaninov bunu Moskva-Bişkek-İrəvan-Nur-Sultan video körpüsü zamanı bildirib.

“Məsələn, Rusiyada, ehtimal ki, Ermənistandan daha çox erməni yaşayır”, – deyən A.Belyaninovun sözlərinə görə, erməni cəmiyyəti ilk növbədə bir-birlərinə həqiqəti söyləməlidir. Məsələn, hər bir erməni bu həqiqəti bilməlidir ki, Ermənistanda nə qədər əhali yaşayır?

“İqtisadi baxımdan da heç bir obyektiv məlumat yoxdur. Bəs mədəniyyət nədir? Sizin başınız o qədər siyasətə qarışıb ki, mədəniyyət və iqtisadiyyatı unutmusunuz. İnsanlar teatra, konservatoriyaya gedir? Eyni insanlar bir tərəfə, sonra digər tərəfə səs verirlər”, – deyə ekspert əlavə edib.

Qarabağdakı müharibəyə gəlincə, Belyaninov erməniləri onun nəticələrindən dərs çıxarmağa çağırıb.

“Məğlubiyyət qələbədən 5 saniyə sonra başlayır. Özündə nifrət yığmaq çox çətindir. Səxavət böyük xalqların payıdır, bağışlamağı bacarmaq lazımdır. Məsələn, Moskvada ermənilərlə azərbaycanlıların bir-birləri ilə düşmənçiliyi yoxdur. Bəli, hər millət öz vətəni üçün narahatdır, amma heç bir düşmənçilik yoxdur”, – deyə o vurğulayıb.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*