Ankaradan İrəvana seçki mesajı: Türkiyə sülh müqaviləsi üçün…backend

Ankaradan İrəvana seçki mesajı: Türkiyə sülh müqaviləsi üçün...

Ermənistanda keçirilən gərgin parlament seçkilərindən sonra regionun aparıcı dövlətlərindən olan Türkiyədən rəsmi reaksiya gəlib. Türkiyə Xarici İşlər Nazirliyi qonşu ölkədə seçki prosesinin yekunlaşması ilə bağlı xüsusi bəyanat yayıb və Ankaranın gələcək gözləntilərini diqqətə çatdırıb.

KONKRET.az xəbər verir ki, Türkiyə xarici siyasət idarəsi Ermənistanda seçkilərin sabitlik mühitində keçməsini müsbət qiymətləndirib. Bəyanatda qeyd olunub ki, Ankara Ermənistanda 7 iyun 2026-cı il tarixində keçirilən parlament seçkilərinin dinc və əmin-amanlıq şəraitində uğurla başa çatmasından məmnundur və bu seçki nəticələrinin Ermənistan xalqının rifahına və xeyrinə olmasını arzulayır.

Türkiyə tərəfi seçkidən sonrakı dövrün regiondakı geosiyasi proseslərə, xüsusilə də Bakı ilə İrəvan arasındakı münasibətlərə təsirinə böyük ümid bəslədiyini gizlətməyib. Nazirlik rəsmi bəyanatında seçkilərdən sonrakı yeni mərhələdə Azərbaycanla Ermənistan arasında yekun sülh sazişinin imzalanmasına imkan verəcək əlverişli şəraitin formalaşacağına dair ümidlərini ifadə edib.

Ankara Cənubi Qafqazda uzunmüddətli sabitliyin bərqərar olunmasında fəal rol oynamağa hazır olduğunu bir daha təsdiqləyib. Türkiyə XİN vurğulayıb ki, bu məqsədlə Türkiyə, əvvəlki dövrlərdə olduğu kimi, bundan sonra da region ölkələrinin ümumi mənafeləri əsasında regional sabitliyə və rifaha öz töhfəsini verməkdə davam edəcək.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*