Anna Qriqoryan: Konstitusiya və Kərki kəndinin təhvil verilməsi Paşinyanın proqramının ilk bəndidirbackend

Anna Qriqoryan: Konstitusiya və Kərki kəndinin təhvil verilməsi Paşinyanın proqramının ilk bəndidir

Konstitusiyanın dəyişdirilməsi və Kərki kəndinin təhvil verilməsi Nikol Paşinyanın proqramının ilk bəndidir, bundan sonra isə “Qərbi Azərbaycan” məsələsindən söhbət gedəcək.

KONKRET.az xəbər verir ki, belə bir ehtimalı avqustun 31-də keçirdiyi mətbuat konfransında “Ermənistan” blokunun parlament fraksiyasının rəhbəri Anna Qriqoryan səsləndirib.

Onun sözlərinə görə, respublikanı geosiyasi maraqların toqquşma mərkəzinə çevrilmək perspektivi gözləyir:

“Aİ-yə üzvlüyün başlanması ilə bağlı deklarativ qanunun qəbul edilməsi ilə paralel olaraq Avrasiya İqtisadi İttifaqı (Aİİ) bazarından asılılıq əhəmiyyətli dərəcədə artıb. Qərblə əlaqələrin gücləndirilməsi barədə nə qədər çox bəyanat səslənsə, Rusiya bir o qədər müqavimət göstərir. Problem dərinləşərsə, vəziyyət mürəkkəbləşəcək”.

Onun sözlərinə görə, Konstitusiya və Kərki kəndi ən yaxın təhlükələrdir: “Paşinyan “Dördüncü Respublika”dan danışırdı, yəni hər şey “Qərbi Azərbaycan”a doğru gedir, hansı ki, erməni məzmunlu respublika azərbaycanlı məzmunlu respublika ilə əvəzlənəcək. Ona görə də Paşinyana opponentlərini neytrallaşdırmaq lazımdır, müxalifətə isə qarşılıq vermək üçün konsolidasiya olmaq və qüvvələri birləşdirmək zəruridir”.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*