Antalyanın Ağsəki bölgəsində meşə massivində yanğın başlayıb.
KONKRET.az “Haber Global”-a istinadən bildirir ki, yanğının səbəbi hələ ki, müəyyən olunmayıb.
Hazırda əraziyə çoxsayda yanğınsöndürmə briqadaları cəlb edilib.
Həmçinin, yanğının söndürülməsində dörd ədəd helikopter iştirak edir.
